“Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının açılışında Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı çıxış edib

Rusiya Federasiyasının Alabino hərbi poliqonunda keçirilən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının açılış mərasimində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblının xoreoqrafiya qrupu çıxış edib.
28 müsabiqə üzrə keçirilən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında 28 ölkənin 3500-dən çox hərbi qulluqçusu iştirak edir.
Yarışlar avqustun 12-dək davam edəcək.