“Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüblər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyətinin bir hissəsi “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçiriləcək “Tank biatlonu” və “Səhra mətbəxi” müsabiqələrində iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.
Hərbçilərimizdən ibarət digər qrup isə “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün yaxın günlərdə Qazaxıstana yola düşəcək.