Beynəlxalq humanitar hüquq üzrə seminar keçirilib

Mayın 23-də Beynəlxalq Hərbi Əməkdaşlıq idarəsində Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində seminar keçirilib.
Seminarda çıxış edən BQXK-nın Azərbaycandakı nümayəndəsi İlahə Hüseynova iştirakçıları müharibə gedən ölkələrdə əməliyyatlar zamanı davranış qaydaları, beynəlxalq hərbi qanunvericilik və normaları ilə tanış edib.
Görüşdə şəxsi heyətə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, yaralananların qorunması, münaqişələr zamanı mülki şəxslərə dəstək verilməsi barədə informasiya da çatdırılıb.
Tədbirdə qurumun fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş olunub.