Bakıda “Dəniz kuboku - 2018” müsabiqəsi hakimlərinin seminarı keçirilib

İyulun 25-də “Dəniz kuboku - 2018” müsabiqəsi hakimlərinin seminarı keçirilib.
Tədbirdə bütün iştirakçı ölkələrin nümayəndələri iştirak edib. Müsabiqənin hakimləri normativ sənədlərin vəziyyətini, xüsusilə də mükafat və cərimə ballarının hesablanması prinsiplərini müzakirə edib, hakimlərin səlahiyyətləri və vəzifələrini müəyyən ediblər.