Bakıda Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin təhsil üzrə ekspertləri arasında işçi görüşü keçirilir

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Gürcüstanın Müdafiə Nazirliyi arasında imzalanan 2018-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, noyabrın 6-da Bakıda hər iki ölkənin müvafiq qurumlarının təhsil üzrə ekspertləri arasında işçi görüşü  başlayıb.
İki gün davam edəcək görüşdə NATO-nun STANAG testlərinin tərtibatına və  qarşılıqlı sınaqdan keçirilməsinə dair fikir mübadiləsi aparılacaq.