Bakıda Azərbaycan və Bolqarıstan Müdafiə nazirliklərinin təhsil üzrə ekspertləri arasında işçi görüşü keçirilib

Bakıda Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Bolqarıstan Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planına əsasən hər iki ölkənin müdafiə nazirliklərinin təhsil üzrə ekspertlərin işçi görüşü keçirilib.
Görüşdə NATO-nun STANAG testlərinin tərtibatına və qarşılıqlı sınaqdan keçirilməsinə dair fikir mübadiləsi aparılıb.