Azərbaycanın müdafiə nazirinin İran İslam Respublikasına rəsmi səfəri başa çatıb

Martın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasında rəsmi səfəri çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əhməd Vəhidi ilə görüşüb. Sonra nazirlər media nümayəndələri üçün mətbuat konfransı keçiriblər.