Azərbaycanın Müdafiə naziri “Yad Vaşem” memorial kompleksini ziyarət edib

İsrailə rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti İkinci Dünya Müharibəsi illərində nasizmin qurbanı olmuş yəhudi xalqının nümayəndələrinin xatirəsinə ucaldılan “Yad Vaşem” memorial kompleksini ziyarət edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Holokost qurbanlarının abidəsi önünə əklil qoyub və xatirə kitabını imzalayıb.