Azərbaycanın Müdafiə naziri NATO-nun toplantısında iştirak edəcəkdir

İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcəkdir.
Azərbaycanı bu toplantıda Müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcəkdir.
Toplantıda  NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaqdır.