Azərbaycanın Müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edəcəkdir

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 15-də Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Rusiya Federasiyasının Moskva şəhərinə yola düşüb.
İclasda MDB çərçivəsində hərbi əməkdaşlıq məsələlərinin müxtəlif aspektlərinin müzakirə edilməsi planlaşdırılır.