Azərbaycanın Müdafiə naziri “İDEF - 2019” sərgisində nümayiş etdirilən müxtəlif şirkətlərin məhsulları ilə tanış olub

Türkiyə Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov “İDEF - 2019” Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilən müxtəlif  şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.