Azərbaycanın Müdafiə naziri Belarusun hərbi təyinatlı vasitələri ilə tanış olub

Oktyabrın 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus hərbi-sənaye kompleksinin elmi-istehsalat müəssisəsində olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənova müəssisədə hazırlanan və istehsal edilən hava hücumundan müdafiə vasitələri, eləcə də qoşunların idarə olunmasında ixtisaslaşan müxtəlif təyinatlı digər vasitələr təqdim edilib.