Azərbaycanın Müdafiə naziri Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanı ilə görüşüb

Noyabrın 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.
Görüşdə regional hərbi-siyasi vəziyyət, hərbi əməkdaşlığın perspektivləri və müdafiə sahəsində digər məsələlər müzakirə edilib.