Azərbaycanın müdafiə naziri ABŞ nəqliyyat komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Oktyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Amerika Birləşmiş Ştatlarının nəqliyyat komandanı general Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı ABŞ və Azərbaycan Respublikası arasındakı hərbi əməkdaşlıq məsələləri, regionda vəziyyət və Azərbaycanın Əfqanaıstandakı sülhməramlı missiyada əhəmiyyəti rolu barədə geniş fikir mübadiləsi aparılıb.