Azərbaycanın müdafiə naziri 10-cu Pekin Syanşan Forumunun açılışında iştirak edib

Çində səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunun açılış mərasimində iştirak edib.
Mərasimdə "Əsas güc ölkələrinin məsuliyyəti və qlobal təhlükəsizlik əməkdaşlığı" mövzusu üzrə məruzə dinlənilib.
Müdafiə nazirinin Çində səfəri davam edir.