Azərbaycan Respublikasının müdafiə nazirinin Xorvatiya Respublikasının keçmiş prezidenti ilə görüşü olub


Mayın 31-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Xorvatiya Respublikasının keçmiş prezidenti Stepan Mesiçlə görüşü olub.
Görüş zamanı ölkələr arasında bütün sahələr üzrə əməkdaşlığın mövcud inkişaf perspektivləri ilə əlaqədar ətraflı fikir mübadiləsi aparılıb. Nazir Səfər Əbiyev hörmətli qonağı həmçinin bölgədə hərbi-siyasi vəziyyət və Ermənistanın təcavüzkar siyasəti barədə də məlumatlandırıb.
Görüşdə Xorvatiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Drajen Xrastiç iştirak edib.