Azərbaycan Respublikasının müdafiə naziri Polşaya rəsmi səfərə yola düşüb


Aprelin 17-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Polşa Respublikası müdafiə nazirinin dəvəti ilə Varşavaya rəsmi səfərə yola düşüb.
Səfər zamanı ikitərəfli hərbi əməkdaşlıq, hərbi-texniki əlaqələr və regional təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.