Azərbaycan Respublikasının müdafiə naziri Oman Sultanlığının Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib


İyulun 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Oman Sultanlığının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Ahmed bin Harith al-Nabhanini qəbul edib. CİSM-in tərkibində hərbiçilərin futbol üzrə dünya kubokunda iştirak edən ölkəsinin futbol yarışını müşaiyət etmək üçün Azərbaycana gələn qonaqla müdafiə naziri arasında müxtəlif məsələlər barədə fikir mübadiləsi aparılıb.