Azərbaycan Respublikasının müdafiə naziri Moskvaya gedib


Mayın 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev "Avropada təhlükəsizliyin hərbi-siyasi aspektləri" mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Moskvaya yola düşüb.
Avropa dövlətləri müdafiə nazirlərinin dəvət edildiyi konfrans çərçivəsində Azərbaycanın müdafiə nazirinin bir sıra ölkələrin müdafiə nazirləri ilə görüşü nəzərdə tutulur.