Azərbaycan Respublikasının Müdafiə naziri MDB Müdafiə nazirləri Şurasının iclasında iştirak edib

Noyabrın 30-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.
Tədbir çərçivəsində general-polkovnik Z.Həsənov MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edən digər həmkarları ilə birgə Rusiya Federasiyasının Müdafiə Nazirliyinin binası önündə ucaldılan "Onlar Vətən uğrunda döyüşüblər" heykəltəraşlıq kompozisiyasının açılış mərasimində də iştirak edib.