Azərbaycan Respublikasının Müdafiə naziri MDB Müdafiə nazirləri Şurasının iclasında iştirak edib

Dekabrın 23-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə nazirləri Şurasının Moskva şəhərində keçirilən növbəti iclasında iştirak edib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov bir sıra ölkələrin Müdafiə nazirləri ilə ikitərəfli görüşlər keçirərək regional məsələləri müzakirə edib, hərbi sahədə əməkdaşlıq planları imzalayıb, hərbi-təhsil, təlim və Silahlı Qüvvələrin inkişaf istiqaməti barədə fikir mübadiləsi aparıb.