Azərbaycan Respublikasının Müdafiə naziri Koreya Respublikasının nümayəndəsini qəbul edib

Sentyabrın 12-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Koreya Respublikası Müdafiə Təminatı Proqramı Administrasiyasının nazir müavini cənab Kim Çul Sunu qəbul edib.
Görüş zamanı regionadakı vəziyyət və ölkələrimiz arasında hərbi-texniki sahədə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.