Azərbaycan Respublikasının müdafiə naziri İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib


Avqustun 21-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsin Pakayini qəbul edib.
Görüşdə bölgədə hərbi-siyasi vəziyyət və əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.