Azərbaycan Respublikasının Müdafiə naziri Çin Xalq Respublikasının nümayəndələrini qəbul edib

Sentyabrın 12-də Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi-"ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası "Ümumiçin İdxal-İxrac Dəqiq Maşınqayırma" korporasiyası idarə heyətinin vitse-prezidenti cənab Van Suçanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı regionlardakı hərbi-siyasi vəziyyət və ölkələrimiz arasında qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.