Azərbaycan Respublikasının müdafiə naziri Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib


Avqustun 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlim Xəlifə Məhəmməd əl-Ğaflini qəbul edib.
Görüşdə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib. Səfir Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək hərbi sərgidə iştirak etmək üçün ölkəsinin müdafiə nazirinin dəvətini nazir Səfər Əbiyevə təqdim edib.