Azərbaycan Respublikasının müdafiə naziri ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsini qəbul edib


Aprelin 15-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrey Deşitsanı qəbul edib.
Görüş zamanı regionda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.
Görüşdə Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Torqay iştirak ediblər.