Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilən hərbi qulluqçularına general-mayor ali hərbi rütbəsi verilsin:
Polkovnik Bağırov Gəray Abbas oğlu
Polkovnik Əfəndiyev Ənvər Zəkəriyyə oğlu
Polkovnik Əlibəyov Elxan Əlibəy oğlu
Polkovnik Məmmədov Fuad Nadir oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2016-cı il.