Azərbaycan Respublikası Müdafiə nazirinin Polşaya səfəri başlayıb

Sentyabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Polşa Respublikasının Milli Müdafiə naziri cənab Antoni Maçereviçin dəvəti ilə Varşava şəhərinə yola düşüb.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Polşanın Milli Müdafiə naziri ilə ikitərəfli formatda görüşü, Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirakı və digər tədbirləri planlaşdırılır.