Azərbaycan Respublikası Müdafiə nazirinin Özbəkistana rəsmi səfəri başlayıb

Oktyabrın 4-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistan Respublikasına rəsmi səfəri başlayıb.
Səfər çərçivəsində iki ölkə arasında hərbi sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.