Azərbaycan Respublikası Müdafiə nazirinin Litvaya rəsmi səfəri başlayıb


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva Respublikasına rəsmi səfərə gedib.
Müdafiə naziri iyulun 1-dən 2-dək Litvanın Milli Müdafiə naziri cənab Yuozas Olekasın dəvəti ilə Litvada səfərdə olacaq.
Səfərdə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.