Azərbaycan Respublikası Müdafiə nazirinin İsrailə rəsmi səfəri başlayıb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin Müdafiə naziri cənab Aviqdor Libermanın dəvəti ilə Tel-Əviv şəhərinə yola düşüb.
Rəsmi səfər çərçivəsində general-polkovnik Z.Həsənovun İsrailin Müdafiə naziri ilə görüşü, Silahlı Qüvvələrin Komanda və İdarəetmə Mərkəzini, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi və digər tədbirlərdə iştirakı nəzərdə tutulub.