Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Sentyabr 2018 10:30

"Azərbaycan Ordusu" qəzeti 29 sentyabr 2018-ci il №75 (2291)

“ADEX-2018” sərgisi dövlətimizin hərbi potensialını nümayiş etdirmək baxımından mühüm platformadır

Hər bir ölkədə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran hədəflərin düzgün müəyyənləşdirilməsidir. Fərəhləndirici haldır ki, aparılan islahatlar ordu quruculuğunda da uğurla davam etdirilir. Ali Baş Komandanımızın qeyd etdiyi kimi, Azərbaycanın Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır...davamı






Dahi bəstəkarın xatirəsi anıldı

Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin adı xalqımızın tarixinə böyük hərflərlə yazılıb. Onun musiqisi daim ruhumuzu oxşayır, bizə zövq verir. Hər il sentyabrın 18-i professional Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəylinin doğum günü münasibəti ilə ölkəmizdə musiqi günü kimi qeyd edilir. Bu əlamətdar günlə bağlı Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrində də silsilə tədbirlər keçirilir. Dahi bəstəkar hörmətlə anılır, xatirəsi ehtiramla yad edilir...davamı








Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Müstəqillik tariximiz. Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində.

İctimai-siyasi hazırlıq qrupunun rəhbərinə bu dərsə hazırlaşarkən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında tarixi materiallardan istifadə etmək və mövzunu bölmənin gündəlik həyatı ilə bağlamaq tövsiyə olunur...davamı








“Bacarıqlı zabit olacam”

Ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq, dövlət quruculuğunun tərkib hissələrindən biridir. Hər bir dövlət öz ordusunu güclü etmək üçün müasir silahlar, texnikalar alaraq şəxsi heyətin istifadəsinə verir. Yaxşı bilirik ki, dövlət siyasəti ilə, torpaq sərvəti ilə, ordu isə zabit, gizir, əsgər heyətinin yüksək peşəkarlığı ilə fərqlənir...davamı








Ordumuza güvənirik

Vətən sevgisinin qarşılığı yoxdur. Azərbaycan əsgərinin Vətəninə, millətinə olan sevgisi hər zaman  dünyanı heyrətləndirib. "Təki Vətən yaşasın!" deyib son gülləsinə kimi döyüşənlər  - şəhid olanlar. Tarixlər yazılıb, yazılacaq da. 2016-cı ilin aprel döyüşləri unudula bilərmi? Xeyr! Həmin gün Azərbaycan igidləri qələbə bayrağını sancdı ucalıqlara - Lələtəpəyə, Bayraqtəpəyə. İndi bu yüksəkliklərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır...davamı








Türk ruhunun bayramı

2018-ci il sentyabrın 15-də Bakıda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin  birgə keçirdiyi hərbi parad analoqu olmayan tarixi bir  parad idi. Hər iki ölkənin prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan başda olmaqla iki yenilməz Ordu sanki birləşib bir Ordu olmuşdu...davamı

 

 


"Azərbaycan Ordusu" qəzetinin tam variantı