Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Sentyabr 2018 12:00

"Azərbaycan Ordusu" qəzeti 26 sentyabr 2018-ci il №74 (2290)

And yerimiz Vətəndir

Vətən təkcə üstündə gəzdiyimiz torpaq parçası deyil. Vətən altında şəhidlərin yatdığı, üstündə igidlərin gəzdiyi, hər an azadlığı uğrunda canını və qanını əsirgəməyəcəyin diyardır. Hər kəs öz doğulduğu yeri, boya-başa çatdığı məmləkəti sevməlidir. Hər dəfə ezamiyyətə gedəndə sinələrində Vətən sevgisi yaşadan oğullarımızla tanış oluruq...davamı

 

 

 

“Müxənnət” adlı filmin təqdimatı keçirildi

Sentyabrın 21-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin konsert zalında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Müdafiə Nazirliyinin və Milli Azərbaycan Tarixi Muzeyinin dəstəyi ilə çəkilən "Müxənnət" filminin təqdimat mərasimi keçirildi...davamı

 

 

“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır”

Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti komanda-qərargah təlimi uğurla başa çatdı, qarşıya qoyulmuş məqsədlərə nail olundu. Təlimdə Əlahiddə Ümumqoşun Ordunun "Tam müdafiə" döyüşə hazırolma dərəcəsinə gətirilməsi, birinci eşelon birləşmələri tərəfindən düşmənin qəfil hücumlarının  və diversiya-kəşfiyyat fəaliyyətlərinin qarşısının alınması, ehtiyat birləşmə və hissələrin "Həyəcan" siqnalı ilə döyüş təyinatlı rayonlara çıxarılması, müdafiə əməliyyatına hazırlıq və müdafiənin aparılması mövzuları işləndi...davamı

 

 

 

“Azərbaycan Respublikasına xidmət edirəm!”

Salam ata, necəsən? Bu gün sevincimin həddi-hüdudu yoxdu. Hisslərimi bu məktub vasitəsilə səninlə bölüşmək istəyirəm. Həyəcan, sevinc, qürur qarışıq duyğular keçirirəm. Bunları qələmə almağa heç kağız da yetməz. O qədər sevincli və qürurluyam ki, əlim qələm tutmur. Bu gün Müdafiə nazirimiz general-polkovnik Zakir Həsənov bizimlə görüşə gəlmişdi...davamı

 

 

“Ən yaxşı təşviqat işinin təşkili” müsabiqəsi başa çatıb

Əyani təşviqat vasitələri və divar mətbuatı mahiyyət etibarilə hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığında xüsusi rol oynayır. Ona görə də ordumuzda ideoloji otaqlar bu amil nəzərə alınaraq tərtib olunur. Bu otaqlarda Azərbaycan dövlətinin rəmzləri, tarixi, ümummilli liderimiz Heydər Əliyevin dövlət və ordu quruculuğu sahəsində fəaliyyəti, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələr qarşısında qoyduğu vəzifələr və ordu haqqında fikirləri, Azərbaycan Respublikası Müdafiə nazirinin ordunun şəxsi heyətinə tövsiyələri, tapşırıqları öz əksini tapır...davamı

 

"Azərbaycan Ordusu" qəzetinin tam variantı