Azərbaycan Ordusu cəbhə bölgəsində hərbi təlimlər keçirir

Azərbaycan Ordusu cəbhə bölgəsində növbəti genişmiqyaslı hərbi təlimlər keçirir. Həftənin sonuna qədər davam edəcək təlimlər müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilir.
Təlimlərə Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.