Azərbaycan nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının planlaşdırma konfransında iştirak edir

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının mayın 25-dək Moskvada keçirilən 3-cü planlaşdırma konfransında iştirak edir.
“Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının iyulun 29-dan avqustun 11-dək yeddi ölkənin - Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Çin, İran və Ermənistan ərazisində keçirilməsi planlaşdırılır.