Azərbaycan ilə NATO arasında PAP sənədi müzakirə olunub

Brüsseldə Azərbaycan Respublikası ilə NATO arasında “Planlaşdırma və Analiz Prosesi” sənədinin müzakirəsi üzrə “29+1” formatında görüş keçirilib.
Görüşdə bu sənəd çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən icra edilən Tərəfdaşlıq məqsədləri və öhdəlikləri, eləcə də digər məsələlər müzakirə olunub.