Azərbaycan ilə Cibuti arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Aprelin 30-da İstanbulda keçirilən “İDEF-2019” beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Cibuti Respublikasının Müdafiə naziri Əli Hassan Bahdon ilə görüşüb.
Tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.