Azərbaycan hərbçiləri “Snayper həddi” müsabiqəsinin açılış mərasimində iştirak ediblər - VİDEO

Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində Belarusun Brest təlim poliqonunda keçirilən “Snayper həddi” müsabiqəsinin təntənəli açılış mərasimində iştirak ediblər.

Avqustun 9-dək davam edəcək müsabiqədə Azərbaycan snayperləri ilə yanaşı 18 ölkənin komandası iştirak edir.