Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Ordusunun bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edirlər. Yanvarın 29-na keçən gecə cəbhədə köklü dəyişikliklər baş verməmişdir. Döyüşlər əsasən lokal xarakter daşıyır.
Yanvarın 28-də, günün ikinci yarısında Zəngilan rayonunun Kolluqışlaq və Cəbrayıl rayonunun Sur kəndləri istiqamətlərində pulemyot və avtomatlardan atışmalar qeydə alınıb. Füzuli cəbhəsində Uryandağ-Qızılqaya səmtindəki topçularımız düşmənin mövqelərinə zərbələr endirərək onların atəş nöqtələrini susdurmuşdur.
Tovuz, Gədəbəy, Qazax, Ağstafa bölmələrində ötən gecə nisbi sakitlik olmuşdur.