Müdafiə Nazirliyinin məlumatı

Ağdərədə vəziyyət gərgin olaraq qalır. Kasapet və bənd istiqamətində ağır döyüşlər gedir.
Qazaxın Fərəhli, Ağstafanın Köhnə Qışlaq, Tovuzun Ağdam, Gədəbəyin Başkənd aşırımı, Zəngilanın Ağbiz, Quyudərəhəştab və Vənədli kəndləri Ermənistan ərazisindən atəşə tutulur.
Füzulinin Dövlətyarlı, Qaradağlı kəndləri və rayon mərkəzi Hadrut, Tuğ tərəfdən atəşə tutulur.