Atəşkəs

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Horadiz, Qaraxanbəyli, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Füzuli, Xocavənd və Goranboy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.