Atəşkəs

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Şıxlar, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.