Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Baş Qərvənd, Şıxlar, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qaraxanbəyli, Qorqan və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.