Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Sarıcalı, Yusifcanlı, Tərtər rayonunun Qızıl Oba, Göyarx, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Qorqan, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.