Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunın Aşağı Əskipara kəndində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Horadiz, Ağdam rayonunun Qaraqaşlı, Şirvanlı, Mərzili kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.