Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Baş Qərvənd, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.