Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Şuraabad, Kəngərli, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.