Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Tərtər rayonunun işğal olunmuş Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən movqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.