Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun işğal olunmuş Sarıcalı, Qaraqaşlı, Goranboy rayonunun Gülüstan, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Qorqan, Aşağı Seyidəhmədli, Tərtər rayonunun Çiləbürt, Goyarx, Nəmirli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.