Atəşkəs

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Horadiz, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun Mərzili, Qaraqaşlı, Goranboy rayonunun Gülüstan kəndləri yaxınlığında, Göygöl və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.